Futbol üzrə yığma komandamızın və “Neftçi”nin təcrübəli müdafiəçisi Rail Məlikovun paytaxt klubunun rəsmi saytına müsahibəsi
- "Kardemir Karabükspor"la oyun barədə nə deyə bilərsən?
- Türkiyədə keçirdiyimiz ilk yoxlama matçında "Orduspor"a 4:0 hesabı ilə qalib gəlmişdik. Ancaq növbəti rəqibimizin daha güclü olduğunu bilirdik. Çünki "Kardemir Karabükspor" Türkiyə Superliqasının təmsilçisidir. Buna görə də qarşılaşmanın çətin olacağını qabaqcadan gözləyirdik. Belə oyunlar Premyer Liqaya daha yaxşı hazırlaşmağımıza imkan yaradır. Çətin də olsa, layiqli qələbə qazandıq.
- Komandanın kapitanı kimi fikrini bilmək maraqlı olardı. "Kardemir Karabükspor"la matçda "Neftçi"nın hansı cəhətlərini bəyəndin?
- Yoxlama matçları keçirdikcə, komandanın müsbət və mənfi tərəfləri üzə çıxır. Bu oyunda "Neftçi" çoxlu müsbət cəhətlər gördüm. Flavinyo ilk dəfə start heyətdə yer almasına baxmayaraq, yaxşı təsir bağışladı. Bundan başqa, digər oyunçuların da əməyini xüsusi qiyəmtləndirmək lazımdır.
- İyulun 28-də "Qaziantepspor Böyükşehir Bələdiyyəspor"a qarşı keçirəcəyiniz matç da nəticə baxımından önəm daşıyacaq, yoxsa...?
- Türkiyədəki təlim-məşq toplanışında qarşımıza məqsəd qoymuşuq ki, hər 3 oyunda qələbə qazanaq. Ola bilsin ki, hansısa taktiki dəyişikliklər olacaq. Ancaq istənilən halda, qalib gəlib, Bakıya yüksək əhval-ruhiyyədə dönməyə çalışacağıq.
- Necə düşünürsən, indiki kollektivin gücü Premyer Liqada nəyə qadirdir?
- "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bütün çempionatlarda qızıl medallar uğrunda mübarizə aparıb. Ötən illə müqayisədə, indiki komandaya daha çox güvənirəm. Bizim komandamızda birlik var, ailə kimiyik. Birlik olan yerdə, həmişə nəticə olur. Başda klubmuzun prezidenti Sadıq Sadıqov olmaqla, "Neftçi"nin bütün üzvlərində inam var. Bu inamı komandaya məhz Sadıq müəllim gətirib. Bunun sayəsində özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. İnşallah, növbəti mövsümdə qarşıya qoyulan hədəfə çatarıq.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç