"Kardemir Karabükspor"la görüşdə futbolçularımızdan razı qaldım. Artıq oyundan-oyuna komandamızda inkişafı görmək mümkündür. "Orduspor" matçı ilə müqayisədə bu dəfə "Neftçi"nin oyununda keyfiyyət baxımından artım hiss olunur. Məşqlərdə "yükləmə"ni azaltdıqca, futbolçulara yeni güc gəlir ki, bunun da sayəsində onlar tapşırdığımız taktiki gedişləri yerinə yetirməyə çətinlik çəkmirlər. Komanda "Kardemir Karabükspor"la matçda daha istəkli görünürdü, balanslaşmış oyun aparırdı, həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırdı". Qol.Az-ın “Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.
O, bu gün Türkiyənin Bolu şəhərində "Kardemir Karabükspor"u 1:0 hesabı ilə məğlub etdikləri yoxlama matçında “flaqman”ın mübarizliyini qiymətləndirib: "Həqiqətən də görüşün 60-70-ci dəqiqələrində rəqib təzyiqi artıraraq, qapımız önündə təhlükəli epizodlar yaradırdı. İkinci hissədə çoxlu əvəzləmə etdik. Dəyişikliklərdən sonra istər-istəməz xətlərarası əlaqələr bir az kəsilir, balans itir. Əsas odur ki, komandamız sona qədər mübarizə apardı və qələbə hesabını final fitinədək qorudu".
Əsədov bildirib ki, iyulun 28-də "Qaziantep Böyükşehir Bələdiyyəspor"la yoldaşlıq oyununda da hədəf qələbə qazanmaqdır: "Türkiyədəki son hazırlıq matçında da qalib gəlmək istəyirik ki, həm Premyer Liqanın startı ərəfəsində komandada əhval-ruhiyyəni daha da yüksəldək, həm də futbolçularda özünəinam hissi artsın. Çox sevindirici haldır ki, Türkiyədəki təlim-məşq toplanışında qol buraxmamışıq. Hazırlıq görüşlərində əsas məqsədimiz qapımızın toxunulmazlığını saxlamaqla, qol buraxmaq idi. Hələ ki, işlərimiz plana uyğun gedir".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç