"Boludakı təlim-məşq toplanışı çox yaxşı gedir. Gündə iki dəfə məşq edirik. Bu şəraiti yaratdığına görə klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirəm. Həqiqətən də təlim-məşq toplanışında heç bir çətinliyimiz yoxdur. İnşallah, zəhmətimizin bəhrəsini çempionatda görərik, həm klub rəhbərliyini, həm də azarkeşlərimizi sevindirərik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Elmar Baxşiyev klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu flaqmanın oyununun günü-gündən inkişaf etdiyini söyləyib: "Orduspor"la matçda kollektiv oyun nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, komandamızda günü-gündən inkişaf var. Düzdür, yeni oyunçuların kollektivə uyğunlaşmasına bir qədər də vaxt lazımdır. Lakin xüsusilə cavan futbolçuların gəlişindən sonra komanda daha istəkli görünür. "Neftçi"nin böyük potensialı var. Hamıya məlumdur ki, "Neftçi" əsas milli komandaya,eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox futbolçu verən klubdur. Şübhəsiz ki, yeni mövsümdə əsas hədəf Premyer Liqanın qızıl medallarını qazanmaq olacaq".
Baxşiyev avrokuboklarda uğurla çıxış edən "Qarabağ" klubunu da təbrik etməyi unutmayıb: "Avropa Liqasının üçüncü mərhələsinə yüksəlməsi münasibətilə "Qarabağ"ı təbrik edirəm və daha irəli getməyi arzulayıram".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç