Növbəti mövsümə hazırlıqlarını Türkiyənin Qızılcahamam istirahət mərkəzində davam etdirən "Muğan" yoldaşlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, Salyan klubunun rəqibi həmyerlilərimiz İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu "Mersin İdman Yurdu" olub. Qeyd edək ki, əslində bu komandalar hələ iyulun 20-də qarşılaşmalı idi. Lakin ondan bir neçə gün öncə Türkiyədə hazırlıq keçən digər təmsilçimiz AZAL-la qarşılaşan mersinlilər İlqar da daxil olmaqla bir neçə futbolçusunu zədə üzündən itirdiyindən, “Muğan”la qarşılaşmanı təxirə salmışdı. Lakin dünən axşam nəhayət bu komandaların oyunu baş tutub. Nəticədə təmsilçimiz Bank Asya birinci liqa klubu üzərində 2:1 hesablı qələbə qazanıb. "Mersin İdman Yurdu"nun heyətində Yosep və Banqura qırmızı vərəqə alıb. "Muğan"ın ilk qoluna 60-cı dəqiqədə Tural Axundov imza atıb. İkinci qol 84-cü dəqiqədə penaltidən vurulub. "Mersin İdman Yurdu"nun təsəlli qolunu isə "Muğan"ın qapısından son dəqiqədə yenə penaltidən Şehmuz keçirib. Xatırladaq ki, AZAL-la oyunda İlqarla Ernaninin komandası 1:1 hesablı heç-heçəyə nail olmuşdu.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu