Azərbaycan milli komandasının sabiq üzvü, hazırda Türkiyənin "Orduspor" klubunun şərəfini qoruyan Anatoli Ponomaryov "Neftçi" ilə yoldaşlıq görüşü barədə fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, flaqmanın rəsmi saytına danışan 28 yaşlı futbolçu komandamızın qələbəyə layiq oyun göstərdiyini vurğulayıb: "Öncə onu deyim ki, həmyerlilərimlə qarşılaşmaq mənə çox xoş idi. Fikrimcə, 0:4 hesabı təsadüfi olmadı. Çünki "Neftçi" yaxşı oyun göstərməklə, qələbəyə tam layiq olduğunu sübuta yetirdi. Bu komandada ən çox xoşuma gələn isə kollektiv oyun, birlik oldu. Heyətdə gənc və istedadlı futbolçuların yer alması yaxın gələcəkdə böyük uğurların qazanılacağından xəbər verir. Öz oyunuma gəlincə, bizdə heç nə alınmadı. Ümumiyyətlə, karyeramı "Orduspor"da davam etdirib-etdirməyəcəyimi bilmirəm".
Qeyd edək ki, "Neftçi" Bolu şəhərində keçirilən yoxlama matçında "Orduspor"a 4:0 hesabı ilə qalib gəlib. Ponomaryov matçın son 20 dəqiqəsində mübarizə aparıb.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi