"Neftçi" Türkiyədə təlim-məşq toplanışında olsa da, "ağ-qaralar"ın futbolçusu Eşqin Quliyev Bakıda qalıb. Qol.Az-ın məlumatına görə, 21 yaşlılardan ibarət millimizin yarımmüdafiəçisi hazırda paytaxtda zədəylə bağlı müalicəsini davam etdirir. Eşqin flaqmanın heyətində Avstriyadakı təlim-məşq toplanışında iştirak etsə də, bu dəfə komandanın sıralarına qoşula bilməyib. Futbol üçün darıxan istedadlı futbolçu ürəyini klubun rəsmi saytına boşaldıb: "Neftçi"dən ayrı qalsam da, komandamın hazırlığı ilə yaxından maraqlanıram. Məşqçilərlə və futbolçularla tez-tez əlaqə saxlayıram. Müalicəm başa çatan kimi, məşqlərə başlayacağam. İnanıram ki, öz üzərimdə işləyib, "Neftçi"nin əsas heyətində möhkəmlənə biləcəm. Oynamaq üçün çox darıxmışam, meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi