"Orduspor"la görüşdə futbolçularımız taktiki planda etimadı doğrultdular. Onlar verilən tapşırıqların 100 faizini olmasa da, böyük hissəsini yerinə yetirdilər. Ən əsası isə bu gün baxımlı oyun göstərə bildik. Müdafiədən hücuma tez qoşulurduq. Çoxdandır 4 qol vurmurduq. Bu da onu göstərir ki, komandaya səviyyəli hücumçu gələndə, rəqib qapısına doğru həmlələr də məntiqi sonluqla nəticələnir". Bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.
Çalışdırıcı dünən Türkiyə "Orduspor"u üzərində 4:0 hesablı qələbədə xüsusilə ön xətt oyunçularının əməyini qiymətlənidirib: "Bahodir Nasimov ələ düşən fürsətdən yararlandı. Rəşad Abdullayev cinah keçidləri sayəsində inamlı nəzərə çarpdı. Bundan başqa, Flavinyo yol yorğunluğuna baxmayaraq, çox yaxşı təsir bağışladı. "Orduspor" pis komanda deyil, Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Ümumiyyətlə, türklər mübarizəyə, pressinqə üstünlük verirlər. Oyundan qabaq da futbolçulara bunu demişdim və rəqibi əks-hücumda yaxalamağın vacibliyini söyləmişdim. Bu taktika özünü doğrultdu. Bizim oyun üslubu rəqibə heç bir imkan vermədi".
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı