“Çox ağır oyun oldu. Baxmayaraq ki, qələbə qazanmaq istəyirdik, amma bu istəyimizə nail ola bilmədik. Azarkeşlərimiz də qələbəyə layiq idilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Şimali İrlanidya “Portadaun”u ilə oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun çalışdırıcısı daha sonra bunları vurğulayıb: “Ancaq qələbə qazanmadığımıza görə, çox da narahat olmadım. Belə hallar olur. Sevindirici məqam o oldu ki, bu dərəcədə çoxlu qol epizodu yaratmağa nail olduq. Sadəcə soyuqqanlılıq çatışmırdı. Ancaq növbəti mərhələ oyunlarında bizə hər belə qol epizodundan maksimum yararlanmaq vacibdir”.
Qurbanov tam olmasa da, oyunçularında müəyyən arxayınlığın olduğunu etiraf edib: “Səfərdə 2 qol vurmaq çox üstünlükdür. İlk oyundakı qələbə bu gün bizə çox kömək etdi. Ancaq çox istəsək də, oyunçularda müəyyən boşalma hiss olunurdu. Deməzdim ki, tam arxayınlıq vardı. Amma yenə müəyyən çatışmazlıqlar vardı. Müdafiədə müəyyən dəyişikliklər olduğundan, səhvlərimiz də olur. İndi çalışıb həmin səhvləri təkrarlamamalıyıq. Növbəti oyunlara ciddi hazırlaşacağıq. Hələ “Visla”nı tam analiz etməmişik. Sabahdan bu işlərə başlayacağıq. Bu günkü oyunlarının kasetini də göndərəcəklər. Ondan sonra daha yaxşı hazırlaşıb, azarkeşlərimizi növbəti oyunlarda da sevindirməyə çalışacağıq”.
Qurbanov sonda dünən sensasiyaya imza atmağa yaxın olan “İnter”in mübarizəni dayandırmasına da münasibət bildirib: “Sonda “İnter”i təbrik etmək istəyirəm. Onlar dünən həqiqətən gözəl və əzmkar oyun nümayiş etdirdilər, çoxlu həyəcanlı anlar yaşadır. Təəssüf ki, növbəti mərhələyə çıxa bilmədilər. Ancaq düşünürəm ki, onların o cür əzmlarlığı bizə də çox kömək edəcək”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı