Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirən "Neftçi" qardaş ölkədəki hazırlığı çərçivəsində bu gün ilk yoxlama oyununda "Orduspor"la qarşılaşıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Arif Əsədov həmyerlimiz Anatoli Ponomaryovun da şərəfini qoruduğu ordu klubuna qarşı meydana aşağıdakı start heyətini buraxıb: Rauf Mehdiyev, Alessandro Viana da Silva, İqor Mitreski, Ruslan Abışov, Rail Məlikov, Denis Silva, Slavko Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid Hüseynov, Bahodir Nasimov.
Ponomaryovun forma geymədiyi qarşılaşmada "Orduspor"un ilk "11-liyi" isə belə olub: Fevzi, Cerri, Kürşat, Taner, Selcuk, Müslüm, Volkan, Sinan, Abdullah, Ahmet Kuru, Ahmet Güvən.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Neftçi” böyükhesablı qələbəyə imza atıb. Artıq 9-cu dəqiqədə "ağ-qaralar" hesabı açıb. Mirhüseyn Seyidovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra topu qəbul edən Slavko Georgiyevski onu cərimə meydançasında olan Bahodir Nasimova ötürüb. Özbək hücumçu 2 metr məsafədən şansını qaçırmayıb - 1:0. İlk hissənin ortalarında "Orduspor" iki dəfə təhlükə yaratsa da, Rauf Mehdiyev hər iki zərbəni dəf edə bilib. 37-ci dəqiqədə çoxgedişli ötürmələrdən sonra Rəşad Abdullayev qüvvətli zərbə ilə hesabı artırıb - 2:0. İlk hissə elə bu hesabla da başa çatıb.
İkinci hissə də komandamızın hücumlarıyla başlayıb. 47-ci dəqiqədə müdafiəçi Cerri cərimə meydançasında Nasimovu yıxıb. Penalti nöqtəsini göstərən baş hakim son ümid foluna görə rəqib futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Rəşad Abdullayev penalti zərbəsi ilə toru silkələyib - 3:0. 55-ci dəqiqədə Flavinyo-Alessandro-Georgievski kombinasiyasını sonuncu dəqiq tamamlamaqla hesab arasındakı fərqi biabırçı həddə çatdırıb - 4:0. Oyun elə bu hesabla da başa çatıb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı