UEFA İntizam Komitəsinin “Bakı” - “Buduçnost” oyununun nəticəsini (2:1) ləğv edərək, komandamıza texniki məğlubiyyət (0:3) versə də, “zolaqlılar” bu qərarın onların qələbə əzminə təsir göstərmədiyini bildirib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, əsas heyətin bir neçə üzvü verdiyi açıqlamada çətin sınaqdan üzüağ çıxmağa çalışacaqlarını bildiriblər:
Jaba: “Bu cür vəziyyətlə qarşılaşmaq istəməzdik. Amma indi nəyisə dəyişmək mümkün deyil. Bizə yalnız meydana çıxıb, 0:3-ün əvəzini çıxmaq qalır”.
Aleksandr Soliç: “Belə halla qarşılaşddığımız üçün çox təəssüflənirəm. Lakin qarşıda bizi daha 90 dəqiqə gözləyir. Mübarizə hələ bitməyib”.
Saşa Kaykut: “Bu cür vəziyyəti heç kim ağlına gətirmirdi. İndi yalnız axşamkı matç barədə düşünüb, sərfəli nəticə qazanmalıyıq”.
İbrahim Karqbo: “Bu qərar motivasiyamızı poza bilməz. Biz bura qələbə dalınca gəlmişik. Ona görə də üzərimizə düşəni edib, istədiyimiz nəticəni qazanmalıyıq”.
Cəmşid Məhərrəmov: “İndi yalnız meydana çıxıb, 4 cavabsız qol vurmalıyıq. Bilirəm, bu çətin görünür. Amma həyatda, xüsusən də futbolda mümkünsüz heç nə yoxdur”.
Dari Nibombe: “UEFA-nın qərarı heç cür oyunumuza təsir göstərə bilməz. Əksinə, biz indi daha da birləşib, növbəti dəfə vahid komanda olduğumuzu göstərməliyik”.
Xalidu Sissoko: “Bakı” hər zaman çətinliklərə sinə gərməyi bacarıb. Bu sınaqdan da alnıaçıq çıxacağımıza inanıram”.
Vadim Borets: “Çox təəssüflənirəm. Lakin zamanı geri qaytara bilmərik. Bütün gücümüzü meydanda qoyub, bu gün böyükhesabla qalib gəlməliyik”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı