“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik dünən Lənkərana gedib. Qol.Az-ın cənub təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, gecə vaxtı olduğuna baxmayaraq onu Lənkəranın girəcəyində çoxsaylı azarkeş ordusu qarşılayıb. Rednik maşından çıxaraq azarkeşlərlə görüşüb. Azı 150 nəfərdən ibarət azarkeş qrupu məşqçini əhatəyə alaraq, onunla söhbət ediblər və onun sayəsində komandanın qələbəyə doğru irəliləyəcəyinə inandıqlarını vurğulayıblar. Azarkeşlər Rednikə uğurlar arzuladılar. Öz növbəsində rumıniyalı məşqçi əminliklə bəyan edib ki, azarkeşlərin ümidlərini doğruldacaq. Daha sonra yeni baş məşqçini otelə qədər azarkeşlərin təxminən 20 maşından ibarət karvanı müşaiyət edib.
Klubun bazasına gələn Rednik gördüyündən heyran olduğunu bildirib: “Belə yüksək şəraitə malik olub komandayla çempion olmamaq yaxşı olmazdı”. O, daha sonra evinə zəng vuraq azarkeşlərlə görüşündən qalan xoş hissləri və klubumuzun bazasını görəndən sonra yaranmış xoş təəsüratlarını həyat yoldaşı ilə bölüşüb.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi