Bu gün Avroliqanın II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Çernoqoriyada “Buduçnost”la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Vinfrid Şefer dünən sonuncu məşqdən öncə qarşılaşma ilə bağlı mətbuat konfransı keçirib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, təcrübəli mütəxəssis ilk növbədə oyunla bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb: “Hələ Bakıdakı oyundan sonra demişdim ki, qələbəyə görə şadam. Düzdür, qələbə minimal fərqli, 2:1 oldu. Ancaq məni qane edən əzmkarlığın olmasıdır. Buna çox sevindim və bu, futbolçuların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərdi. Əslində, ilk oyunda daha böyük hesabla qələbə qazanmalı idik. Sadəcə, bəxtimiz gətirmədi”.
Oyunun keçiriləcəyi stadionu çox bəyəndiyini bildirən Şefer komandamızın cavab matçına da hücum taktikası ilə çıxacağını söyləyib: “Qətiyyən müdafiədə oturmayacağıq. Bütün komanda ilə erkən qol vurmağa çalışacağıq. Bunu görəcəksiniz. Bizdə erkən qol vura bilən yaxşı futbolçular var. Yalnız qələbə haqda düşünürük. Başqa şey fikirləşsəydik, heç bura gəlməyə dəyməzdi. Qələbədən başqa heç nə düşünə bilmərəm. Bilirik ki, hamı bizdən qələbə gözləyir. Etimadı doğrultmağa çalışacağıq. Futbolçularımla söhbətim əsnasında onlara səhvlərini başa salmışam. İstəyirəm ki, bunları təkrarlamasınlar. Həmişə gələcəyə nikbin baxıram və ancaq qələbə gözləyirəm. Əsas odur ki, futbolçular yalnız qələbəyə fikirlərini cəmləsinlər. Bilin ki, bura yalnız qələbə üçün gəlmişik. Hesabı erkən açsaq, rəqibin işi daha çətin olacaq. Çünki onların 2-3 qol vurması qeyri-mümkündür”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı