Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk oyun günündən fərqli, ikinci oyun günündə 11 qarşılaşma baş tutub və üçüncü təsnifat mərhələsinə yüksələn 17 komandanın hamısı müəyyənləşib.
Ən mötəbər klub turnirindəki təmsilçimiz “İnter”in artıq tərk etdiyi yarışın növbəti mərhələsinə adlayanlar arasında ikisi bir həftə əvvəlki məğlubiyyətin əvəzini çıxmaqla buna nail olub. Belə ki, Slovakiya “Jilina”sı ilə Finlandiya HİK-i də “bankirlər” kimi ilk oyunda 0:1 hesabı ilə uduzmuşdu. Lakin onlar həmin yenilgilərinin əvəzini artıqlaması ilə çıxıb. “İnter” isə isə məğlubiyyətin əvəzini səfərdə çıxmağı bacarsa da, penaltilər seriyasında uduzmaqla mübarizəni dayandırdı. “İnter”in rəqibi Polşa “Lex”i isə növbəti mərhələdə Latviya “Metallurq”unu mübarizədən kənarlaşdıran “Sparta” olacaq.
Çempionlar Liqası (ikinci təsnifat mərhələsi, cavab oyunları)
"Olimpi" (Rustavi, Gürcüstan) - "Aktobe" (Qazaxıstan) - 1:1 (ilk oyun – 0:2)
"Jeness" (Lüksemburq) - AİK (İsveç) - 0:0 (ilk oyun – 0:1)
"Pünik" (Ermənistan) - "Partizan" (Serbiya) - 0:1 (ilk oyun – 1:3)
HİK (Finlandiya) - "Ekranas" (Litva) - 2:0, əlavə vaxtda (ilk oyun – 0:1
"Jilina" (Slovakiya) - "Birkirkara" (Malta) - 3:0 (ilk oyun – 0:1)
"Debretsen" (Macarıstan) - "Levadiya" (Estoniya) - 3:2 (ilk oyun – 1:1)
"Sparta" (Çexiya) – "Metallurq" (Liepaya, Latviya) - 2:0 (ilk oyun – 3:0)
"Lex" (Polşa) - "İnter" (Bakı, Azərbaycan) - 0:1, pen. – 9:8 (ilk oyun – 1:0)
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Hapoel" (Tel-Əviv, İsrail) - 0:1 (ilk oyun – 0:5)
"Rusenborq" (Norveç) - "Linfild" (Şimali İrlandiya) - 2:0 (ilk oyun – 0:0)
"Hafnarfyordur" (İslandiya) - BATE (Belarus) - 0:1 (ilk oyun – 1:5)
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi