“Bütün komandalarla əvvəl-axır qarşılaşacağıq. Bu baxımdan ilk turda kimin rəqib olmasının ciddi əhəmiyyəti yoxdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Cokiça Haciyevski deyib.
İyulun 20-də keçirilən püşkatmada Unibank Premyer Liqasının ilk turunda "Simurq"un "Gəncə" ilə qarşılaşacağı məlum olub. Komandanın baş məşqçisi klubun rəsmi saytına açıqlamasında püşkün nəticəsini və “Simurq”un durumunu dəyərləndirib: “Gəncə böyük futbol şəhəridir və bu şəhərin komandası müəyyən fasilədən sonra Premyer Liqaya qayıdıb. Buna görə də "Gəncə" - "Simurq" matçı xüsusi ab-havada keçəcək. Bu qarşılaşma həm yüksək liqa həsrətinə son qoyan rəqibimiz, həm də bizim üçün vacib olacaq. Biz də ilk transferlərimizi həyata keçirdik. Onların da əksəriyyətinin yaşı 20-21-ə bərabərdir. Gənc, ambisiyalı, hərəkətli, ötürmə verməyi xoşlayan və gözəl futbol nümayiş etdirməyə çalışan komanda qurmaqdayıq. Hər ötən həftə oyun səviyyəmizi bir qədər də artırmağa çalışacağıq. Hazırlığımız davam edir, qarşıda hələ iki həftədən də çox vaxt var. Bəzi mövqeləri bir qədər də gücləndirməliyik”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı