“Qarabağ”ın toplu, texniki futbolu əsl mənə görədir. Ümid edirəm ki, yeni komandamla ölkə futbolu tarixində iz buraxacaq işlər görə biləcəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Andreys Rubins deyib.
Millidə keçirdiyi 109 oyunla bu göstəricidə ikinci olan latviyalı futbolçu ölkəsinin əsas komandasının “vuran ayaqlarından” sayılır. İngiltərə “Kristal Pelas”ının, Rusiya “Spartak”ının şərəfini qoruyan Rubinsin “Liverpul”a vurduğu qol hələ də unudulmayıb. Sol cinahda, sürətli, ağıllı və texnikalı oyunuyla rəqiblərinə başağrısı yaradır. 2004-cü il Avropa çempionatında millisinin aparıcı üzvü idi. Artıq son klubu “İnter”lə problemini yoluna qoyub, Ağdam klubuyla rəsmi müqaviləyə imza atan təcrübəli vinger klubun rəsmi saytına açıqlamasında daha sonra bunları ifadə edib: “Azərbaycanda olduğum müddətdə “Qarabağ”ın çox sevildiyini və ölkədə xüsusi hörməti olduğunu gördüm. Xüsusilə, ötən mövsüm avrokuboklarda uğurlu çıxışı rəğbətlə qarşılandı. “Qarabağ” Azərbaycan millisinin özəyini təşkil edir. Mənimlə eyni klubda çıxış edən Samir Abbasovla təcrübəmizin “Qarabağ”ın yeni mövsümdə çempionluğu qazanması yolunda faydalı olacağını düşünürəm”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi