“Portadaundakı oyunda sizin sağ cinahda mübarizə aparan və qapımıza iki qol vuran futbolçunuza (Əfran İsmayılovu nəzərdə tutur) qarşı oynamaq çox çətin idi. Onu saxlamaqda çox çətinlik çəkirdik. Həmçinin digər cinahda yer alan oyunçunu da (Georgi Adamiya) dayandırmaq asanlıqla başa gəlmirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Portadaun”un kapitanı Keyt Ohara söyləyib.
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda 1:2 hesabı ilə uduzduqları “Qarabağ”la cavab oyunu ərəfəsində bu gün keçirilən mətbuat konfransında Şimali İrlandiya təmsilçisinin oyunçusu hava şəraitindən şikayətlənib: “Düşünürəm ki, sabahkı oyunun taleyində hava şəraiti böyük faktor olacaq. Çünki Şimali İrlandiya ilə burdakı hava şəraiti arasında ciddi fərq var. Çox istidir və bu, bizim üçün əlavə çətinliklərə yol aça bilər. Amma biz də peşəkar futbolçularıq. Çalışacağıq ki, bütün çətinliklərə rəğmən istədiyimiz oyunu sərgiləyib, lazımı nəticəni qazanaq”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı