“İndidən növbəti mərhələyə yüksələn klubların adlarını söyləmək hələ tezdir. Amma fikrimcə, “Visla” və “Qarabağ” ilk görüşdə qələbə qazandıqlarından rəqibləri ilə müqayisədə şansları daha yüksəkdir. Belə oyunlarda proqnoz vermək çətindir. Şimali irlandiyalılar da Bakıda qalib gələ bilərlər. Hər halda bütün suallara iyulun 22-də aydınlıq gələcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Polşa “Visla”sının fiziki hazırlıq üzrə məşqçisi Andrey Bahr deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Portadaun” – “Qarabağ” cütünün qalibi ilə qarşılaşacaqları üçün bu komandalar arasında sabah Bakıda keçiriləcək oyunu izləməyə gələn Polşa təmsilçisinin nümayəndəsinin səfərdə məqsədi, Ağdam klubu haqda daha ətraflı məlumat toplamaqdır: “Əlimizdə hər iki komandanın bir neçə oyununun videolenti var. Amma matçın videoyazısına baxmaqla, hər şeyi dəqiq bilmək olmur. Matçı stadiondan izləyəndə isə daha çox şey öyrənməyimiz mümkündür. Azərbaycan təmsilçisi kollektiv oyun nümayiş etdirir. Düzdür, “Qarabağ” meydana rahat çıxacaq ki, belədə bəzi “gedişlər” qaranlıq qala bilər. Onların heyətində 67-ci və 86-cı dəqiqələrdə qol vuran futbolçu (Əfran İsmayılovu nəzərdə tutur) diqqətəmi cəlb edib. Lakin yeni futbolçuları da pis təsir bağışlamır. Bütün bunlar barədə oyundan sonra ətraflı məlumatım olacaq. Növbəti mərhələdə biz bu komanda ilə qarşılaşsaq baş məşqçimizdə demək olar ki, hər şeydən xəbərdar olacaq”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı