İyulun 22-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə “Buduçnost”un qonağı olacaq “Bakı” dünəndən matçın keçiriləcəyi Podqoritsa şəhərindədir. Qol.Az-ın məlumatına görə, dünən yerli vaxtla 19:00-da “zolaqlılar” Podqoritsada “Buduçnost”un bazasındakı süni ortüklü meydaçada ilk məşqinə çıxıb. Təxminən 1 saat davam edən hazırlıq prosesində Elvin Əliyev istisna olmaqla bütün futbolçular iştirak edib. Elvin zədəsini yenicə bərpa etdiyindən hələ ki, komandadan ayrı çalışır. Bu gün saat 21:00-da isə “Bakı” matçın keçiriləcəyi arenada oyunqabağı son məşqinə çıxacaq. Hazırlıq prosesindən 15 dəqiqə əvvəl isə paytaxt klubunun baş məşqçisi Vinfrid Şeferin oyunqabağı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, bir həftə öncə bu komandalar arasında Bakıda baş tutan qarşılaşma “Bakı”nın 2:1 hesablı əzmkar qələbəsi ilə nəticələnmişdi.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı