Bu gün Türkiyə superliqasının püşkatma mərasimi keçirilib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, az öncə baş tutan mərasimdə 2010/11 mövsümündə keçiriləcək oyunların sıralamasına aydınlıq gəlib.
Qeyd edək ki, Türkiyədə 2010/11 mövsümünə avqustun 15-də start veriləcək. Dekabrın 19-da oynanılacaq 17-ci turun oyunlarından sonra superliqada qış fasiləsi yaranacaq. Yanvarın 23-dən start götürəcək ikinci dövrə isə mayın 22-də başa çatacaq.
Püşkatmadan sonra məlum olub ki, ilk turda aşağıdakı komandalar bir-biriylə münasibətlərinə aydınlıq gətirməli olacaq:
“Fənərbaxça” – “Antalyaspor”
“Karabük” – “Manisaspor”
“Böyükşehir Belediyespor” – “Kayserispor”
“Ankaragücü – “Trabzonspor”
“Bucaspor” – “Beşiktaş”
“Qaziantepspor” – “Kasımpaşa”
“Eskişeherspor” – “Gənclərbirliyi”
“Bursaspor” – “Konyaspor”
“Sivasspor” – “Qalatasaray”
Artıq qardaş ölkədə baş tutacaq derbi matçlarının keçiriləcəyi turlar da məlumdur. İlk dövrəyə təsadüf edəcək əsas derbilər 5, 9 və 14-cü turlarda oynanılacaq. Superliqanın ilk derbisi “Fənərbaxça” ilə “Beşiktaş” arasında 5-ci turda “Şükrü Saracoğlu” stadionunda baş tutacaq. 9-cu turda “Fənərbaxça” ilə “Qalatasaray” “Şükrü Saracoğlu”nda qarşılaşarkən, “Qalatasaray” – “Beşiktaş” derbisi də 14-cü tur çərçivəsində “Əli Sami Yen”də oynanılacaq.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu