“Bakı”nın üzvü Rəhman Hacıyevi icarə əsasında 3 illik heyətinə qatan Türkiyənin aşağı liqa təmsilçisi “Altay” növbəti mövsümün hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, 17 yaşlı həmyerlimizin yeni komandasındakı hazırlığı türkiyəli həmkarlarımızın da xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, “möcüzə uşaq” adlandırılan həmyerlimiz “Altay”ın oyunçuları arasında mətbuatın ən çox diqqət mərkəzində saxladığı futbolçulardandır.
Bu günlərdə onunla görüşən həmkarlarımız Rəhmanın da fikirlərini öyrənməyə çalışıb. Hacıyev qardaş ölkədəki vəziyyətindən məmnunluğunu ifadə edib: “Məşqçilərimiz mənimlə yaxından maraqlanırlar. Onların mənə olan marağını və inamını boşa vermədən “Altay”ın formasını haqq etməyə çalışacağam. Təlim-məşq toplanışımız çox yaxşı gedir. “Altay” forması ilə meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, hər şey qaydasında gedər və tərəfdarlarımızı sevindirərik. “Altay”da mənim kimi gənc oyunçular da var. Bu üzdən sıxıntım yoxdur. Komandamızda müdhiş bir sevgi-hörmət var”.
Rəhmanı yalnız bıraxmaylb, daim onunla olan “Altay”ın məşqçisi Cem Yılmaz is futbolçumuz haqda yüksək fikirlər səsləndirib: “Rəhmanı izləmək həqiqətən böyük bir zövq verir. Əgər bu şəkildə çalışmağa davam edərsə, mütləq superliqanın İstanbul klublarının və Avropa təmsilçilərinin diqqətini çəkər. Öncə “Altay”a, ardından da ölkəmizə və qardaş ölkəmiz olan Azərbaycana faydalı olacağına inanırıq”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı