Azərbaycan millisinin və Rusiyanın “Anji” klubunun müdafiəçisi Mahir Şükürovun müsahibəsi
- “Tom”la sonuncu oyun haqqda nə deyə bilərsən?
- Bu oyundan öncə qələbə üzünə həsrət qalmışdıq. Bir neçə oyun idi ki, meydanı məğlub tərk edirdik. Ona görə də oyuna ciddi hazırlaşmışdıq. Düzdür, ilk oyun öz meydanımızda keçirməli idi. Lakin "Dinamo" stadionunun ot örtüyü yaxşı olmadığından, matçı səfərdə keçirməli olduq. Oyuna ciddi köklənmişdik və şükürlər olsun ki, 4:1 hesabı ilə qalib gəldik.
- Bu oyunda məhsuldar ötürmə ilə yadda qaldın. Bəs özün nə zaman qol hesabını açacaqsan? Axı azarkeşlər sənin qol vurmağını gözləyir?
- Düzdür, qol ötürməsi verdim və çox şadam ki, qələbədə mənim də payım oldu. Özümdə qol vura bilərdim. Amma alınmadı. İnşallah, gələn oyunlarda çalışacam ki, qol vuraraq, azarkeşləri sevindirim.
- Oyundan sonra Rusiya mətbuatında və bəzi saytlarda belə söz-söhbət gəzir ki, guya "Tom"un oyunçuları bir neçə aydır maaş almırlar və ona görə də meydana qələbə istəyi ilə çıxmayıblar. Bu haqda nə düşünürsən?
- Fikrimcə, bu boş söhbətdir. Hər bir klubda belə hal ola bilər. Amma o demək deyil ki, komanda oyunu bilərəkdən uduzmalı, ya da həvəssiz oynamalıdır. Əsas futboldur. Bəs onda harda qaldı futbolçu qüruru?
- Növbəti oyun haqqında nə düşünürsən?
- Növbəti oyun "Terek"lə olacaq. Səfədə keçiriləcək oyuna ciddi hazırlaşırıq. "Terek" güclü klubdur və onlardan xal qoparmaq, turnir cədvəlində yerimizi daha da yaxşılaşdırmaq istəyirik.
- "Anji"də vəziyyət necədir?
- Hər şey əladır. Komandaya öyrəşmişəm, kollektiv əladır.
- "Anji"nin yeni sponsoru var, bu doğrudurmu?
- "Anji" ikinci liqada olanda "Eldarado" şirkəti sponsor idi. Yüksək liqaya çıxandan sonra danışıqlar gedirdi və nəhayət ki, nəticə verdi. Artıq yeni sponsorumuz var.
- Başqa kluba keçmək haqqında fikirləşmirsən?
- Hələki yox. Amma bunu zaman göstərər. Ola bilsin başqa kluba keçdim, bilmək olmaz. Bu zamanın işidir. Amma hələ ki, "Anji"nin şərəfini qoruyuram.
- Azərbaycan millisi gələn ay Küveytlə yoldaşlıq görüşü keçirəcək. Oyunda iştirak edəcəksən?
- Əgər baş məşqçi qərar versə, can-başla gələcəyəm. Çünki millinin oyunu hər zaman vacibdir. Bütün azarkeşləri də stadiona dəvət edirəm. İşallah, qələbə qazanıb onları sevindirərik.
Mənbə: mahirshukurov.tk
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı