"Avstriyada olduğu kimi, Türkiyədə də çox ciddi hazırlaşırıq. Premyer Liqanın startına 20 gündən də az qalıb. Məqsədimiz çempionata hazır olub, ən yüksək yerlər uğrunda mübarizə aparmaqdır". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının gedişindən danışıb. O bildirib ki, növbəti mövsümdə əsas hədəf "Neftçi"nin öz oyun üslubunu qaytarmaqdır: "İstəyirik ki, "Neftçi" əvvəlki kimi, özünəməxsus futbol oynasın. Topa daha çox nəzarət etməli, sürətli oyuna üstünlük verməliyik. Son 1-2 mövsümdə müdafiəyə daha çox diqqət yetirirdik. İndi isə hücuma meylli futbola üstünlük veririk. Yoldaşlıq görüşlərində bu əsas amil kimi götürülür. Bəzən elə olur ki, təlim-məşq toplanışında komandanın nəticələri yaxşı olmasa da, çempionatda yüksək nailiyyətlər əldə edir".
Abdullayev sabah "Orduspor"a qarşı keçiriləcək yoldaşlıq görüşünə də toxunub: "Türkiyənin birinci liqasının təmsilçisi olan rəqibimiz güclü komandadır. Yoxlama matçı olmasına baxmayaraq, qalib gəlməliyik. Çünki artıq nəticə qazanmağın vaxtı çatıb".
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu