Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunları ilə növbəti, üçüncü tura adlayan bütün kollektivlərin adı məlum olacaq. Qol.Az-ın məlumatına görə, bu baxımdan son Azərbaycan çempionu “İnter”in də aqibəti böyük maraqla gözlənilir. Bakıda keçirilən ilk oyunda Polşa “Lex”inə minimal hesabla məğlub olan Kaxaber Sxadadzenin komandası işini kifayət qədər çətinə salıb. Doğma meydanda məğlub olan təmsilçimiz indi növbəti mərhələyə adlamaq üçün mütləq Poznan təmsilçisini səfərdə məğlub etməlidir. Əks halda növbəti mərhələyə məhz “Lex” yüksələcək və “bankirlər” üçün bu günkü qarşılaşma avrokubokların cari mövsümündə sonuncu olacaq. Maraq üçün xatırladaq ki, hələlik bu ilki təmsilçilərimizdən eyni aqibəti təkcə “Xəzər Lənkəran” yaşayıb. Lakin cənublular Moldova “Olimpiya”sı ilə iki heç-heçə nəticəsində mübarizədən kənarda qalmalı oldular. “Qarabağ” və “Bakı” isə hələ ki, uğurlu nəticələri ilə bizləri daha çox sevindirir.
Maraqlıdır ki, “İnter” qitə miqyaslı turnirlərdə keçirdiyi son oyunlarda bir qayda olaraq məğlubiyyətlə ayrılır. 4 oyundur ardıcıl yenilgi üzü görən paytaxt klubu həm də bu uğursuz seriyanı qırmağa çalışmalıdır. Əvəzində başqa bir statistic məqam var ki, bu da uğur qazanacağımıza dair müəyyən ümidlər yaradan amillərdəndir. Məsələ burasındadır ki, bu günkü tarix (21 iyul) Azərbaycan təmsilçiləri üçün həmişə uğurlu alınıb. Çünki tarixin bu günündə qitə miqyaslı oyuna çıxan bütün klublarımız bir qayda olaraq qələbəyə seviniblər. Çempionlar Liqasının 1999/2000 mövsümündə Makedoniya “Sloqa Yuqomaqnat”ı ilə qarşılaşan “Kəpəz” qələbə qazansa da (2:1), onda bu nəticə mərhələ keçməyə kifayət etməmişdi. ÇL-in 2004/05 mövsümündə isə səfərdə Bosniya və Herseqovina “Şiroki Briyeq”inə 1:2 hesabıyla məğlub olmasına baxmayaraq, “Neftçi” iyulun 21-də keçirilən cavab görüşündə minimal hesabla qalib gəlməklə, növbəti mərhələyə adlamışdı. Daha bir belə uğurlu oyun ötən ilin 21 iyuluna təsadüf edib. Yenə ÇL-dəki təmsilçimiz “Bakı” səfərdə heç-heçə etdiyi (2:2) Litva “Ekranas”ına doğma meydanda 4:2 hesabıyla qalib gəldi. Göründüyü kimi, bu günkü günə təsadüf edən bütün oyunlarda qələbə qazanmışıq. İndi isə bu ənənəni “İnter” davam etirməlidir. Hər halda 1:0 hesablı qələbəmiz oyunun taleyinin əlavə vaxtda müəyyənləşməsinə imkan yaradacaqsa, 2:1 hesablı səfər qələbəsi “İnter”i növbəti mərhələyə çıxara bilər. Sadəcə Sxadadzenin komandasının bu vəzifənin öhdəsindən nə dərəcədə gəlib-gəlməyəcəyi böyük maraq doğurur. İstənilən halda son çempionumuz olsa da, sərgilədiyi oyunla qətiyyən ümidləri doğrultmayan, əksinə tənqidlər içində “üzən” “bankirlər” üçün başqa çıxış yolu yoxdur və onlar da digər təmsilçilərimiz kimi, ölkəmizi layiqincə təmsil etməyə borcludurlar.
Sonda onu da vurğulayaq ki, bu cütün qalibi ÇL-in üçüncü təsnifat mərhələsində “Sparta” (Çexiya) – “Metallurq” (Latviya) duelindən qalib ayrılacaq komanda ilə qarşılaşmalı olacaq.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı