“Qəbələ” növbəti mövsümün hazırlıqlarını Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirir. Qol.Az-ın məlumatına görə, artıq bölgə təmsilçisi ilə 2 illik müqavilə imzalayan Deon Barton da komandanın düşərgəsindədir. Lakin “Çarlton”nun keçmiş hücumçusu, ölkəmizə gəlişi İngiltərədə də böyük əks-sədaya səbəb olan Bartonun fiziki hazırlığı tam qaydasında olmadığından, ona fərdi məşq etmək tapşırığı verilib.
Bu gün axşam saatlarında isə “Qəbələ”nin “San Paulo”dan dəvət etdiyi 3 braziliyalı oyunçu ölkəmizə təşrif buyuracaq. Bunlardan Bruno Barbosa müdafiəçi olsa da, dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilir. Bruno dos Anjos hücumçudursa, Da Silva isə sol insayd mövqeyində çıxış edir. Son iki oyunçu birbaşa müqavilə şərtlərini razılaşdırmağa gəlirsə, Barbosa hələ baxışdan keçməli olacaq.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil