“Ağasəlim müəllim istefa verdikdən sonra çoxsaylı məşqçi təklifləri aldıq. Onların arasında Almaniya, İspaniya, İtaliya, Hollandiya, Ukrayna və Türkiyədən bəzi çalışdırıcılar vardı. Lakin klub prezidenti məhz Mirça Redniki seçdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Bu gün yeni baş məşqçi Mirça Rednikin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran klub rəsmisi, rumın mütəxəssisi seçməyini səbəbini izah edib: “Bu mütəxəssis nəticə göstərən məşqçidir. Rumın məşqçi seçməyimizdə bu amilin rolu oldu”.
Vitse-prezident yeni baş məşqçinin qarşısına qoyulan vəzifələrdən danışıb: “Yeni məşqçi ilk növbədə klubun peşəkarlaşması üçün çalışacaq. Məqsədə gəlincə, çempion olmaq, ölkə kubokunu qazanmaq, və Avropada uğur əldə etməliyik. Bu məqsədə çatmaq üçün baş məşqçiyə hərtərəfli kömək ediləcək, şərait yaradılacaq”.
Nadirov baş məşqçinin yeni futbolçular seçməkdə tam azad olduğunu bildirib: "Hazırda 21 futbolçumuz var. Ola bilər ki, bəzi futbolçular göndərilib, yeniləriylə əvəz olunsun. Bununla bağlı baş məşqçi qərar verəcək".
Vitse-prezident klubun düşərgəsinə qayıtmayan Dieqo Qusmaonun cəzalandırılacağını bildirib: "Onun ailəsində problem vardı. Futbolçu bir neçə günlük icazə almışdı. Təəssüf ki, artıq o, 1 aydır komandanın düşərgəsinə qayıtmayıb. Klubun tarixində heç vaxt belə baş verməyib. Dieqo ayın 21-də gələcək və onu cərimə gözləyir”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil