Növbəti mövsümə Latviyada hazırlaşmağı planlaşdırsa da, bu səfərindən imtina edən “Turan” hazırlıq qrafikində dəyişiklik edib. Qol.Az-ın məlumatına görə, dünən Bakıya gələn “Turan” bu gün ilk matçına çıxacaq. Dördgünlük səfər çərçivəsində qərb klubu iki yoxlama oyunu keçirməyi də planlaşdırır. Bu gün debutant MOİK-lə qarşılaşacaq tovuzluların oyunu saat 18:00-da 7-ci mikrorayonda yerləşən ABU-nun meydançasında keçiriləcək. İyulun 21-də isə “Qəbələ” ilə üz-üzə gələcək əyalət təmsilçisi səhəri gün Tovuza qayıdacaq.
Komanda Tovuza qayıdıb, bir günlük fasilədən sonra, yəni iyulun 24-də Gürcüstana yollanacaq. Qonşu ölkədə 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Artıq “Turan”ın ilk rəqibinin kimliyinə aydınlıq gətirilib. İyulun 24-də Sxinvali “Spartak”ı ilə üz-üzə gələcək “Turan” 3 gün sonra ikinci oyununa çıxacaq. Rəqib Tbilisi “Lokomotiv”i və ya “Zestafoni” olacaq. Üçüncü oyun iyulun 30-da baş tutacaq. Lakin hələlik sınaqçı rəqibin kimliyinə aydınlıq gətirilməyib.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil