Növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Muğan” ölkə xarixindəki təlim-məşq toplanışı çərçivəsində heyətinə də əl gəzdirməyi unutmur. Qol.Az-ın məlumatına görə, hazırda braziliyalı İqor Souza və mərakeşli Ömər Najdi Salyan klubunun düşərgəsində baxışdadır. Portuqaliyanın ikinci liqasından gələn Souzanın 30 yaşı var. 23 yaşlı mərakeşli isə öz ölkəsində top qovub. Onlar haqda qarşıdakı günlərdə qərar veriləcək. Yeri gəlmişkən, Almir Hurtiçin komandası artıq bir sınaq matçına da çıxıb. Türkiyənin aşağı liqa təmsilçisi “Burukluspor”la oyunda 2:0 hesabıyla qələbə qazanan salyanlıların qollarına Tagim Novruzovla Ekrem Hodziç imza atıb. “Muğan” iyulun 20-də İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu” ilə, 22-də isə “Giresunspor”la yoxlama oyunu keçirəcək. Ayın 24-də daha bir sınaq matçına çıxmağı planlaşdıran salyanlılar həmin rəqibin kimliyinə qarşıdakı günlərdə aydınlıq gətirəcəklər.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil