Şənbə günü bir araya gələrək “Portadaun”la cavab oyununun hazırlıqlarına start verən “Qarabağ” məşqlərini öz arenasında davam etdirsə də, bu gündən etibarən Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionuna köçəcək. Qol.Az-ın məlumatına görə, komandamızın düşərgəsində heç bir ciddi itki yoxdu və bu, məşqçilər korpusunu sevindirməyə bilməz. Əksinə Makedoniya “Metallurq”uyla oyunda sıradan çıxan albaniyalı müdafiəçi Ansi Aqolli və birbaşa qırmızı vərəqə alaraq cəzalı duruma düşən Admir Teli də sıraya dönüb. Telinin cəzası başa çatıbsa, Aqolli də zədəsini tam sağaldıb və çox güman ki, şimali irlandiyalılarla cavab matçında meydanda olacaqlar. Sadəcə Rəşad Sadıqovla Zaur Həşimovun yüngül zədəsi var. Rəşadın belindəki ağrılara görə, baş məşqçi tərəfindən qarşıdakı oyunda istirahət alması da istisna edilmir. Qurbanovun son oyunlarda ehtiyac duymadığı və bu üzdən Bakıda qalıb zədəsinin bərpası ilə məşğul olan, fərdi məşqlərlə kifayətlənən Ayxan Abbasovla Rəşad Kərimov da ümumi hazırlıqlarda iştirak etməyə başlayıb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil