Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirən «Azal» ilk yoxlama oyununa çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məluamta görə, "Mersin İdman Yurdu" ilə qarşılaşan Nazim Süleymanovun koandası meydançadan qollu heç-heçə ilə ayrılıb. Azərbaycanlı milli dərəcəli hakim Elnur Muradovun idarə etdiyi görüşdə hesabı “Azal” açıb. Rəqib müdafiəçiləri keçərək qapıçı ilə təkbətək çıxan Zohair Benouahi 18-ci dəqiqədə fərqlənib. Mersin klubu isə oyununun ikinci hissəsində hesabda tarazlıq yarada bilib. Qeyd edək ki, "Mersin TV"nin canlı yayınladığı bu matçda həmyerlimiz İlqar Qurbanov da forma geyib. Amma İlqar görüşü yarımçı tərk edib. 2-ci dəqiqədə zədələnən Qurbanov meydançadan çıxarılıb.
“Azal” oyuna bu heyətlə çıxıb:
Elşən Poladov (Cahangir Həsənzadə), Aqil Nəbiyev (Usim Nduka), Draqan Mandiç (Samir Adulov), Mirko Bunyevçeviç (Hüseyn Axundov), Victor İgbekoyi, Marius Kazlauskas, Gvdas Yuska, Robert Petrov (Nuqzar Kvirtiya), Zohair Benouahi (Anar Həsənov), Tərlan Xəlilov (Orxan Səfiyarov), Petar Rakoviç (Yunivan Suares)
Bu görüşdə baxışdan keçirilən sağ cinah müdafiəçisi Petar Rakoviç bəyənilməyərək geri göndərilib.
“Azal” ikinci yoxlama oyununu iyulun 21-də "Giresunspor"la keçirəcək.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı