Millimizin futbolçusu Mahir Şükürovun çıxış etdiyi «Anji» bu gün Rusiya Premyer Liqasında növbəti qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi səfərdə «Tom»u 4:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, oyunda hesabı 19-cu dəqiqədə Mahir Şükürovun əla ötürməsindən sonra Ağalarov açıb. «Anji»nin sonrakı qollarını Josan, Hacıbəyov və Sorayev vurublar.
Yeri gəlmişkən, M.Şükürov bu matçda əvvəldən axıradək meydanda olub.
Bu qələbədən sonra «Anji» xallarının sayını 13-ə yüksəldib.
Bakı vaxtı ilə saat 19.45-də millimin sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırıcısı olduğu Qroznı «Terek»i isə öz meydanında «Amkar»la oyuna çıxıb və 1:0 hesabı ilə qələbə qazanıb.
13 turdan sonra "Terek" 17 xalla turnir cədvəlində 9-cu, "Anji" isə 13-cü pilləni tutur.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı