Böyük Britaniyanın «Mail online» nəşri “Qəbələ” klubunun İngiltərənin “Çarlton” komandasının hücumçusu Deon Bartonla müqavilə bağlaması haqda məlumat yayıb. Qol.Az-ın xəbərinə görə, klubun baş məşqçisi Toni Adams 33 yaşlı futbolçunun transferində israrlı olduğunu bildirib.
Qeyd edək ki, Deon Barton “Çarlton”nun heyətində keçirdiyi 500 oyunda 120 qola imza atıb. «Mail online» «Qəbələ»nin eyni zamanda keçən mövsüm “Uimbildon” klubunun heyətində çıxış etmiş 23 yaşlı futbolçu Vil Hendri ilə də müqavilə imzaladığını bildirib.
«Qəbələ» klubunun mətbuat xidmətinin rəhbəri Nail Kərimov isə Qol.Az-a bildirib ki, təmsil etdiyi komanda adları çəkilən futbolçularla yanaşı daha bir ingilis - Bem Cillə də danışıqlar aparıb. Onun sözlərinə görə, bu futbolçuların hər üçü ilə prinsipial razılıq əldə olunsa da, hələlik onların heç biri ilə rəsmi müqavilə imzalanmayıb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı