Millimizin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Srvena Zvezda” iyulun 11-dən başlayan Sloveniya toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə, dünən Subaşiçin komandası hazırlıq prosesi çərçivəsində İran millisiylə yoldaşlıq oyunu da keçirib. Vilotiç 37-ci dəqiqədə serbləri önə keçirsə də, Kərimi 4 dəqiqə sonra tarazlığı bərpa edib. Branimir isə fasilədən sonra meydana daxil olub. Onun 78-ci dəqəqədə fərqlənmək imkanı olsa da, görüş 1:1 hesabıyla da başa çatıb.
Yeri gəlmişkən, oyundan sonra İranın elita klubu “Fulad”ın rəsmiləri Branimirə dəvət də göndərib. Subaşiç isə yalnız birbaşa müqavilə ilə “Fulad”a keçməsinin mümkünlüyünü bildirib və bunun üçün “Srvena Zvezda” rəhbərliyinin razılığının əsas olduğunu da diqqətə çatdırıb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı