Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 15.00-da start götürüb. Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı "İnter" təmsil edir. Paytaxt klubu evdə keçirdiyi ilk oyunda Polşa "Lex"inə 0:1 hesabı ilə yenilsə də, mərhələ keçmək şanslarını saxlayır. Bunun üçün "İnter" Poznandakı cavab qarşılaşmasında mütləq sərfəli qələbə qazanmalıdır.
UEFA tərəfindən 1-ci püşk səbətinə salınan “İnter”in 5 mümkün rəqibinin kimliyi az öncədən dəqiqləşmişdi. Bunlardan biri ötən il “Bakı”nı mübarizədən kənarlaşdıran və hazırda birbaşa üçüncü təsnifat mərhələsindəki rəqibini gözləyən İsveçrə “Bazel”iydi. Digər potensial rəqiblər isə ikinci təsnifat mərhələsində mübarizə aparan cütlüklərdən qurulmuşdu: “Hapoel” (Təl-Əviv, İsrail) – “Jelezniçar” (Bosniya və Hersoqovina), “Metallurq” (Latviya) – “Sparta” (Praqa, Çexiya), “Liteks” (Bolqarıstan) – “Rudar” (Çernoqoriya), “Dinamo” (Zaqreb, Xorvatiya) – “Koper” (Sloveniya).
Lakin püşk çempionumuza “Metallurq” – “Sparta” cütünün qalibini çıxardı. Maraq üçün qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sparta” “Metallurq”u səfərdə 3:0 yenib və deməli növbəti mərhələyə də böyük ehtimalla bu komanda yüksələcək.
Püşkatma nəticəsində 3-cü təsnifat mərhələsində aşağıdakı cütlüklər formalaşıb:
“Metallurq” (Latviya) - “Sparta” (Çexiya) cütünün qalibi ilə “İNTER” (AZƏRBAYCAN) – “Lex” (Polşa) cütünün qalibi
“Aktobe” (Qazaxıstan) – “Olimpi” (Gürcüstan) cütünün qalibi ilə “Hapoel” (Tel-Əviv, İsrail) – “Jelezniçar” (Bosniya və Hersoqovina) cütünün qalibi
“Şerif” (Moldova) – “Dinamo” (Albaniya) cütünün qalibi ilə “Dinamo” (Xorvatiya) – “Koper” (Sloveniya) cütünün qalibi
“Liteks” (Bolqarıstan) – “Rudar” (Çernoqoriya) cütünün qalibi ilə Birkirkara” (Malta) – “Jilina” (Slovakiya) cütünün qalibi
“Levadiya” (Estoniya) – “Debretsen” (Macarıstan) cütünün qalibi ilə “Bazel” (İsveçrə)
AİK (İsveç) – “Jeuness” (Lüksemburq) cütünün qalibi ilə “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi
“Partizan” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi ilə “Ekranas” (Latviya) – “Helsinki” (Finlandiya)
BATE (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə “Kobenhagen” (Danimarka)
“Bohemian” (İrlandiya) – TNS (Uels) cütünün qalibi ilə “Anderlext” (Belçika)
“Omoniya (CYP) – FK Renova (MKD) cütünün qalibi ilə “Zaltsburq” (Avstriya) – “Torshavn” (Farer adaları) cütünün qalibi
“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)
“Dinamo” (Ukrayna) – “Gent” (Belçika)
“Yanq Boyz” (İsveçrə) - “Fənərbaxça” (Türkiyə)
“Braqa” (Portuqaliya) – “Seltik” (Şotlandiya)
“Unirya” (Rumıniya) – “Zenit” (Rusiya)
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları iyulun 27-28-i, cavab oyunları isə avqustun 3-4-də keçiriləcək.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje