AFFA Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniyanın Köln şəhərində keçiriləcək Almaniya - Azərbaycan oyununda yığmamıza dəstək olmaq üçün azarkeşlərə lazımi şərait yaradacaq. Qol.Az-ın futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, bu məqsədlə Almaniya Futbol İttifaqı ilə əldə olunmuş razılığa əsasən milli komandamızın azarkeşləri üçün AFFA-ya 730 bilet ayrılıb. Hər biri 35 avro dəyərində olan 400 bilet AFFA tərəfindən alınaraq azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək. Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək. Sonda rəsmi AFFA soydaşlarımıza xahişdə də bulunub: “Milli komandamıza dəstək olmaq üçün Almaniyadan bilet almaq istəyən soydaşlarımızdan xahiş edirik ki, biletlərini azarkeşlərimiz üçün nəzərdə tutulan 6-cı Şimal tribunasına alsınlar”.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı