«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bu gün Şimali İrlandiyada «Portadaun» üzərindəki qələbələri (2:1) haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Q.Qurbanov deyib ki, məlum təyyarə yubanmasına görə bu matça futbolçuları yorğun halda çıxıblar: «Bu, istər-istəməz oyunumuza təsir etdi. Biz rəqibi ciddi dəyərləndirirdik. Oyundan əvvəl və oyun zamanı yağan yağış meydançanın ot örtüyünə təsir etmişdi. Amma bütün hallarda biz qələbə qazanmağı bacardıq. Bu münasibətlə hamını təbrik edirəm».
Q.Qurbanov iyulun 22-də keçiriləcək təkrar oyunla bağlı da danışıb: «Biz qətiyyən arxayınlaşmamalıyıq. Oyunun gedişatında belə bir hal bizdə baş verdi ki, rəqib də qol vurdu».
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı