“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hundoara bölgəsində anadan olub. O Rumuniyanın həm tanınmış futbolçusu, həm də baş məşqçisi olub.
Rednik futbolçu kariyerasına 1979-cu ildə doğulduğu Hundoara bölgəsinin “Karvinul” klubunda başlayıb. Klubun heyətində 127 oyun keçirən Rednik 6 qola imza atmağa nail olub. Özünün dediyinə görə, onu Rumuniyanın məşhur baş məşqçilərindən sayılan Mirça Luçesku kəşf edib. 1982-ci ildə Buxarest “Dinamo”una transfer olunan Rednik, bu klubda daha uğurlu çıxış etməyə başlayır. Klubda 8 mövsümdə 212 oyun keçirən Rednik komandasının heyətində 21 qol vurmağa nail olur. Rednik “Dinamo” klubu ilə iki dəfə ölkə çempionu, üç dəfə isə ölkə kubokuna yiyələnir. Çıxış etdiyi avroturnirlərində isə 3 dəfə fərqlənə bilir. Lakin 1992-ci ildə Türkiyə superliqasında “Bursaspor” klubunun heyətində heç cür özünü doğrulda bilməyən Rednik, Belçika “Standard”ına üz tutmalı olur. Belçika çempionatında 150 oyun keçirməklə 3 qola imza atan Rednik 1993-cü ildə ölkə kubokuna yiyələnə bilir. 1997-ci ildə yenidən Rumuniyaya - “Rapid”ə qayıdan Mirça baş məşqçi Luçeskunun rəhbərliyi altında 1998-ci ildə ölkə kubokunu başı üzərinə qaldırır. Eyni zamanda Rumuniya milli komandasında da forma geyinən Rednik ilk oyununu 1981-ci ildə İsveçrə millisinə qarşı keçirib və həmin oyun 0-0 hesabı ilə bitib. Bundan əlavə Rednik 1984-ci ildə Fransada keçirilən Avropa çempionatı, 1986 il Meksika və 1990-cı il İtaliya mundiallarında da iştirak edib. Milli komandanın heyətində ümumilikdə 83 oyunda iki dəfə fərqlənib.
2000-ci ildən isə məşqçilik fəaliyyətinə başlayan Rednikin ilk klubu da məhz futbolçu kariyerasını başa vurduğu Buxarestin “Rapid” klubu olur. Həmin mövsümdə “Rapid” dördüncü yerlə kifayətlənir. 2004-cü ildə Səudiyyə Ərəbistanına gedən Rednik “Əl Nəsr” klubu ilə müqavilə imzalayır. Lakin buradakı fəaliyyəti heç də uğurlu alınmır. Daha sonra yenidən ölkəsinə qayıdan Rednik “Vasluy” klubu ilə anlaşır. 2007-2009-cu illərdə “Dinamo” Buxarestində çalışan Rednikin son klubu isə Rusiyanın “Alaniya” klubu olub.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi