Ernani Pereyra “Mersin İdman Yurdu”ndakı ilk oyundaca özündən söz etdirdi

Ernani Pereyra “Mersin İdman Yurdu”ndakı ilk oyundaca özündən söz etdirdi
XƏBƏR 15 İyul 2010 / 18:31 2376
-  A +

İlqar Qurbanovla Ernani Pereyranın çıxış etdiyi Türkiyə Bank Asya Liqa təmsilçisi “Mersin İdman Yurdu” növbəti mövsümün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Mersin klubunun rəqibi superliqada çıxış edən “Antalyaspor” olub. Lakin tərəflərin bütün cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0.
“Mersin İdman Yurdu” klubunun rəsmi saytının yaydığı xəbərə görə, bu sınaq görüşündə Ernani Pereyra yaxşı oyunu ilə diqqət çəkib. “Karvan”ın və millimizin sabiq müdafiəçisi hətta “Antalyaspor”un vaxtilə “Qalatasaray”dakı çıxışları ilə tanıdığımız forvardı Necati Atəş və Sergeyə qol vurmağa imkan verməyib.


Son xəbərlər