“Qarabağ”ın “Portadaun”la cavab oyunu polşalı hakimlərə tapşırılıb

“Qarabağ”ın “Portadaun”la cavab oyunu polşalı hakimlərə tapşırılıb
XƏBƏR 15 İyul 2010 / 14:45 1702
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” iyulun 22-də Bakıda Şimali İrlandiyanın “Portadaun” klubunu qəbul edəcək. Qol.Az-ın məlumatına görə, artıq oyunu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da keçiriləcək qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək.

Baş hakim: Tomaş Mikulski
Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Kristof Myrmis
Dördüncü hakim: Robert Malek
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Robert Sterckx (Belçika)

Qeyd edək ki, “Portadaun”la “Qarabağ” arasındakı ilk oyun bu gün keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər