Fariz Yusifov "Spartak"ın, Zöhrab Qədiyev isə "Lokomotiv"in oyununda

XƏBƏR 24 Yanvar 2009 / 18:49 2987
-  A +

Azərbaycan hakimlərinin Antalyada təlim-məşq toplantıları davam edir. Qol.Az-ın məlumatına görə, bu gün 6 hakimimiz müxtəlif oyunlara təyinat alıb. Əsas yük isə FİFA referiləri Fariz Yusifovla Zöhrab Qədiyevin üzərinə düşür. Hazırda Belekin "Karie" futbol meydançasında Moskvanın "Spartak" komandası Odessanın "Çernomorets" klubu ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan oyunda baş hakim Fariz Yusifov olub. Ona Vadim Vasilyev, Mehman Mahmudov və Fuad Həsənov köməklik ediblər. Bu dəqiqələrdə Moskvanın "Lokomotiv" komandası isə Rumıniyanın "Qloriya" klubu ilə görüşür. Baş hakim funksiyasını Zöhrab Qədiyev yerinə yetirir. Ona Munis Abdullayev, Aydın Ələkbərov və Rasim Məmmədov yardım edirlər.  

Son xəbərlər