“Buduçnost” Bakıda problemlə üzləşdi

XƏBƏR 14 İyul 2010 / 22:42 2336
-  A +

Avroliqanın 2-ci mərhələsində “Bakı”nın rəqibi olan “Buduçnost” bu gün Bakıya gələrkən hava limanında problemlə üzləşib. Buna görə də “Buduçnost” Respublika stadionundakı məşqə gecikib. Bu komanda ölkəmizə 47 nəfərlik heyətlə təşrif buyurub.

"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "Buduçnost"un gecikməsinin səbəbini belə izah edib: "Biz əvvəlcədən onlara demişdik ki, Serbiyanın Belqrad şəhərində yerləşən  Azərbaycan səfirliyindən viza alsınlar. Ancaq buna məhəl qoymayıblar. Bu səbəbdən problemlə üzləşdilər. Görünür, təcrübəsizdirlər və yavaş-yavaş oyrənərlər". Klub rəsmisi bu haqda UEFA nümayəndəsini məlumatlandırıb və qitə qurumunun təmsilçisi Azərbaycan tərəfinin haqlı olduğunu bildirib.  

 

Mənbə: supersport.az


Son xəbərlər