Tyeri Anri rəsmən “Nyu York Red Bull”da

Tyeri Anri rəsmən “Nyu York Red Bull”da
XƏBƏR 14 İyul 2010 / 18:25 1877
-  A +

Fransa millisinin hücumçusu, “Barselona”nın sabiq üzvü Tyeri Anrinin ABŞ-ın “Nyu York Red Bull” komandasına keçidi rəsmi təsdiqini tapıb. Qol.Az-ın məlumatına görə, təcrübəli hücumçu Amerikan klubu ilə rəsmi anlaşmaya imza atıb. Lakin sözügedən klubun rəsmi internet saytının yaydığı məlumatda imzalanan anlaşmanın detalları haqda bilgi verilməyib.
İmzalanma mərasimindən sonra Anri bunları ifadə edib: “Bu transfer mənim üçün yeni bir həyat və bir başlanğıc olacaq. Bu klubun tarixini gözəl bilirəm. Komandanın uğuru üçün əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışacağam”.
32 yaşlı hücumçunun “Nyu York Red Bull”dakı debüt matçının “Tottenhem”lə yoxlama oyununda baş tutacağı gözlənilir.


Son xəbərlər