Ölkə kubokunun qalibi “Bakı”nı Avroliqada ciddi sınaq gözləyir. Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi yarışın ikinci təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” komandası ilə qarşılaşacaq. Sabah Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyununa çıxacaq “zolaqlılar” qitə miqyaslı yarışda uğurlu start götürüb, azarkeşlərini sevindirmək istəyir. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov Olimpiya.Az saytına müsahibəsində qarşıya qoyulan hədəfə çatacaqlarına inandığını söyləyib:
- Komanda “Buduçnost”la görüşə necə hazırlaşır? Düşərgədə əhval-ruhiyyə necədir?
- Hər şey qaydasındadır. Futbolçularımız qarşıdakı görüşlərə ciddi hazırlaşırlar. Əhval-ruhiyyə yaxşıdır. Avroliqanın məsuliyyətini tam dərk edən futbolçularımız sabahkı matçda yalnız qələbəyə kökləniblər.
- Şansları necə dəyərləndirirsiniz? Sizcə, hansı komanda növbəti mərhələyə çıxmağa daha şanslıdır?
- Fikrimcə, şanslar 50-50-yədir. Rəqibin güclü olduğunu nəzərə almaq lazımdır. “Buduçnost” keçmiş Yuqoslaviya məktəbi görmüş komandadır. Heyət əsasən cavan futbolçulardan təşkil olunub. Buna baxmayaraq, “Buduçnost”u üstələyib, üçüncü mərhələyə adlamağa çalışacağıq.
- Cütün taleyini həll etmək üçün elə ilk oyunda sərfəli nəicə qazanmaq vacibdir. Sabahkı oyundan hansı nəticə gözləyirsiniz?
- Təbii ki, meydan amilindən yararlanıb, ilk oyunda qələbə qazanmaq istəyirik. Əsas məqsədimiz qol buraxmadan, mümkün qədər böyük fərqlə rəqibi məğlub etməkdir. Əlverişli nəticə qazanacağımız təqdirdə, səfərə də rahat yollanacağıq.
- Dünən “Bakı”nın prezidenti Hafiz Məmmədov və fəxri prezidenti Anar Məmmədov klub üzvləri ilə görüşüb...
- Bəli. Həm klubumuzun prezidenti Hafiz Məmmədov, həm də fəxri prezident Anar Məmmədov futbolçularla görüşdü, onlara uğurlar arzuladı.
- Amma Hafiz Məmmədov heyətdəki problemə də toxunub. O, əcnəbilərin heyətə tam uyğunlaşa bilmədiyini deyib. Necə fikirləşirsiniz, bu amil “Buduçnost”la görüşlərdə nəticəyə təsir göstərə bilərmi?
- Legionerlərin yeni komandaya uyğunlaşması probleminə demək olar ki, hər klubda rast gəlinir. Bildiyiniz kimi, mövsümlərarası fasilədə bir neçə əcnəbi futbolçu transfer etmişik. Onların tezliklə komandaya, yerli şəraitə uyğunlaşmasına çalışırıq. Bu problemin nəticələrə təsir göstərməməsini arzulayırıq.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi