“Simurq” “Qarabağ”ın əvəzedici komandasıyla qarşılaşacaq

XƏBƏR 14 İyul 2010 / 14:30 1681
-  A +

Bu gün "Simurq" mövsümlərarası fasilədə növbəti yoxlama görüşünü keçirəcək. Qol.Az-ın məlumatına görə, Zaqatala klubunun budəfəki rəqibi "Qarabağ"ın əvəzedici komandası olacaq. "Şəfa" stadionunda keçiriləcək matç saat 18:00-da başlanacaq.
Xatırladaq ki, ötən həftə 4 yoxlama oyunu keçirən “Simurq” iki qələbə qazanıb (NDU 2:0, "İnter-2" 2:0), bir heç-heçə edib (MOİK 0:0) və bir dəfə məğlub olub ("Olimpik-Şüvəlan" 0:1).


Son xəbərlər