"Neftçi" futbolçuları istirahətə buraxdı

XƏBƏR 14 İyul 2010 / 11:44 1919
-  A +

Avstriya təlim-məşq toplanışını başa vuraraq vətənə dönən "Neftçi" iki gün istirahət edəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri iyulun 16-dan etibarən hazırlığı Bakıda davam etdirəcəklər. Bunun ertəsi günü isə flaqman "Qəbələ" ilə yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" hazırlığın növbəti mərhələsini həyata keçirmək üçün iyulun 19-da Türkiyəyə yola düşəcək. Bolu şəhərində məskunlaşacaq "ağ-qaralar" qardaş ölkədə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.


Son xəbərlər