«Peşəkarlıq baxımından futbolçunun bir klubdab təklif alması normaldır. Amma hər halda Azərbaycandan təklif gözlənilməz idi». Qol.Az-ın məlumatına görə, bu sözləri Ağdamın «Qarabağ» komandasının albaniyalı yeni legioneri Admir Teli klubun rəsmi saytına müsahibəsində söyləyib. O, «Qarabağ»a gəlməzdən əvvəl İnternetdə araşdırma apardığını və komandanın iddialı olduğunu öyrəndiyini söyləyib: «Şakiri və Zekeriyya Ramazaninin də bu komandada çıxış etdiyini bildikdən sonra maraqlı bir çempionata gedə biləcəyimi düşündüm.»
Albaniyalı yarrımüdafəsi Türkiyə superliqasında çıxış edən «Hacettepe»dən ayrılıb Azərbaycan premyer-liqasına gəlməsilə bağlı sualı da cavablandırıb: «Hacettepe»yə gələndə komandanın autsayder olacağını gözləmirdim. Əslində bu da səbəb deyil. «Qarabağ»`ın iddialı olması məni bura gətirdi. Menecerim komandanın çox iddialı olduğunu, qarşısına ciddi hədəflər qoyduğunu bildirdi. Sonra Artim və Zekoyla danışdım. Onlarla söhbətdən sonra «Qarabağ»la bağlı fikrimi qətiləşdirdim. İlk olaraq əla kollektivin olduğunu bildirdilər. Komanda üçün hər şeyi edən bir rəhbərliyin, özəlliklə komandaya bağlı olan bir başqan olduğunu elə anlatdılar ki, mənə hədsiz dərəcədə maraqlı gəldi. Bilirsiz, futbolu pul üçün oynasaq da o hər şeyi həll etmir. Hamımız insanıq. Dəyər olmayan yerdə insan xoşbəxt ola bilməz».
Bir həftədir «Qarabağ»da olan futbolçu burada hər kəsin bir-birinə çox kömək etdiyini deyib: «Yəni ayrı seçkilik də yoxdur. Həqiqətən də mehriban kollektiv var. Düzdü, hədsiz dərəcədə səs-küylüdürlər. Çox emosionaldırlar. Amma rahat olduğumu deyə bilərəm. Narazı olduğum bir şey yoxdur. Hər kəs maraqlanır, bir problemim varmı deyə».
Admir Tele «Qarabağ»ın kapitanı Aslan Kərimovun onda xoş təəssürat yaratdığını söyləyib: «Onun peşəkarlığını - məşqdə ciddiliyi, kənarda isə mehribançılığını qiymətləndirməmək olmur. Belədə Vaqif çox sürətlidir, oyunu öz üzərinə götürməyi sevir. Zaur Ramazanovun da hərəkətlərindən fərqli bir futbolçu olduğu hiss olunur».
Admir Tele portuqaliyalı Ronaldoya qarşı etdiy hərəkətdən sonra qırmızı vərəqə almasıyla bağlı epizoda da toxunub: «Açığı, onu vurmadım, sol elimlə qabağını bağladım. O isə yalandan elə yıxıldı ki, sanki onu dirsəyimlə vurdum. Ronaldo artistliyi yaxşı bacardı».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində