Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ölkəmizi bu yarışda təmsil edəcək Unibank Premyer Liqasının sonuncu qalibi Bakının “İnter” klubu püşkatmaya əsasən Polşanın “Lex” (Poznan) klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Çətin rəqiblə mübarizədən qalib çıxmaq üçün “İnter” Poznan təmsilçisini doğma meydanda, azarkeşlərinin dəstəyi altında mütləq məğlub etməlidir. Həm də buna qol buraxmadan nail olmaq lazımdır ki, bir həftə sonra səfərdə keçiriləcək oyunda çətin vəziyyətlə üzləşməsinlər. Kaxaber Sxadadzenin komandası ən pis halda qolsuz heç-heçə etməklə, növbəti mərhələyə çıxmaq üçün Polşada qollu heç-heçəyə ümid bəsləməlidir. İndiyə qədər iki dəfə klublarımızla qarşı-qarşıya gələn və bütün oyunlarda qələbə qazanan “Lex” sindromunu qırmaq yolunda “İnter”in nəyə nail olacağı maraqla gözlənilir. Təmsilçimizin ilk oyununun onlayn nəticəsi ilə saytımızda tanış ola bilərsiz.
Çempionlar Liqası (ikinci təsnifat mərhələsi, ilk oyun)
13 iyul
20:00. “İnter” (Azərbaycan) – “Lex” (Polşa) - 0:1
QOL: Vixnyarek, 46 (0:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: SAŞA KEVER, Devis Dettamanti, Edi Kaufman, Bruno Qrossen (hamısı İsveçrə).
Hakim-inspektor: Uno Tutk (Estoniya).
UEFA nümayəndəsi: Volfqanq Tyerrixter (Avstriya).
“İNTER”: 1. Georgi Lomaya, 88. Kaxaber Mjavandze, 5. Jivko Jelev, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Obikadze, 8. Aleksandr Çertoqanov, Branislav Çervenka, 6. Dmitri Kruqlov, 14. Petar Zlatinov, 32. Robertas Poşkus.
Ehtiyat oyunçular: 42. Səlahət Ağayev, 44. Valeri Abramidze, 84. Maçado, 21. Arif Daşdəmirov, 7. Nizami Hacıyev, 20. Girts Karlsons, 23. Şəhriyar Rəhimov.
Baş məşçqi: Kaxaber Sxadadze.
"LEX": 27. Kristof Kotorovski, 23. Marçin Kikut, 22. Qreqor Voytkovyak, 19. Bartoş Bosatski (k), 2. Severin Qancarjik, 17. Slavomir Peçko, 21. Dimitri İnyaç, 6. Tomaş Bandrovski, 10. Sergey Krivets, 14. Semir Stiliç, 18. Artur Vixnyarek.
Ehtiyat oyunçular: 30. Yasmin Buriç, İvan Corceviç, 7. Yakub Uilk, 8.
Yatsek Kleeb, 15. Kamil Driqas, 25. Luis Enrikes, 26. Tomaş Mikolayçak.
Baş məşqçi: Yatsek Jelinski.
Oyun başladı
3. Komandalar dərhal hüuma atılıb, qol vurmağa çalışır. Əvvəl Çervenka, sonra Vixnyarek qapıya zərbə endirdi.
5. Müdafiəçilərimizin səhvindən sonra polşalılar hesabı açmağa yaxın olsa da, Lomaya onların bu arzusunu gözündə qoydu.
10. Peçkonun hesabı açmaq imkanı oldu. Onun təhlükəli zərbəsindən sonra top qapıdan yün keçdi.
13. Peçko yenidən fərqlənməyə yaxın idi. Yenə də komandamızı Lomaya qoldan xilas etdi.
18. Zlatinovun ötürməsindən sonra Poşkusun baş zərbəsinə dəqiqlik çatmadı.
24. Zlatinovun güclü zərbəsindən sonra hesabın açılmasına Kotorovski imkan vermədi.
25. Hakim Levinə qarşı şifahı xəbərdarlıq etdi.
31. Zlatinov növbəti dəfə qapı istiqamətində zərbə endirdi. Amma onun vurduğu zərbədə dəqiqlik çatmadı.
34. Oyunda ilk sarı vərəqə. Hakim Kruqlova qarşı qaydanı pozan Kikutu cəzalandırdı.
39. Levin də sarı vərəqə alır.
41. Kotorovski Zlatinovun növbəti zərbəsinin qarşısını aldı.
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Vixnyarek ikinci hissə başlayan kimi hesabı açır - 0:1
50. Kruqlov sarı vərəqə ilə cəzalanır
52. Sxadadze dəyişikliyə əl atır. Kruqlovu Nizami Hacıyev əvəz edir
58. Vixnyarekin zərbəsini Lomaya çətinliklə də olsa, kornerə çıxarır
59. Kikutun zərbəsini də Lomaya kornerə çıxarmaqla komandasını qoldan xilas edir
59. Qançarjik rəqibi əks-hücumda yaxalayan Obikadzeni kobudluqla dayandırdığı üçün sarı vərəqə ilə cəzalanır
60. Çertoqanovun cərimə zərbəsindən sonra topa başla zərbə vuran Levinə azca dəqiqlik çatışmır
62. Zlatinovun uzaqdan zərbəsi yan keçir
63. Qonaq komandanın da heyətində ilk dəyişiklik edilir. Stiliçin əvəzində meydana Kleeb çıxır
67. "İnter" qol buraxandan sonra hücumlara daha çox aludə olsa da, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkir. Qonaqlar isə gözlənildiyi kimi əks-hücumlara üstünlük verməyə başlayıb
70. Poşkus hesabı bərabərləşdirmək üçün gözəl imkana malik olsa da, zərbəsi zəif alındı
72. "Lex"də daha bir əvəzləmə. Vixnyareki Mikolayçak əvəzlədi
75. Mikolayçakın ideal ötürməsindən sonra Peçko daha bir qol vurmaq imkanını əldən verdi
79. Zlatinovun qapıya təhlükəli zərbə vurmaq fürsəti olsa da, qeyri-dəqiq zərbəylə yadda qaldı
80. Bu dəqiqələrdə meydana toplaşan azarkeşlər hələlik carı mövsümdə yeganə mərhələ adlayan komandamızın - "Qarabağ"ın adını səsləndirir
81. Obikadzeni Arif Daşdəmirov əvəzlədi
82. Sxadadze son əvəzləməyə əl atır. O, Poşkusun əvəzində Girts Karlsonsu meydana buraxır
87. Komandamız təhlükəli hücum təşkil etsə də, həlledici zərbəni vuran oyunçumuz tapılmadı
90. Peçkonun əvəzində meydana Yakub Uilk çıxdı
Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olundu
90. Nizami də sarı vərəqə ilə cəzalandı
90+2. Nizami qapıçının başı üzərindən topu tora göndərməyə çalışsa da, dəqiq oynamadı
90+3. Daşdəmirovun uzaqdan zərbəsini qapıçı tutdu
Oyun başa çatdı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi