Kapellonun yerinə Şirer gətirilir?

XƏBƏR 13 İyul 2010 / 14:32 1990
-  A +

Dünya çempionatında uğursuzluğa düçar olmuş İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello istefaya göndərilir. Olimpiya.Az-ın “The People” qəzetinə istinadən məlumatına görə, artıq Kapellonun yerinə kimin gətirələcəyi də məlumdur. Bundan sonra yığmanın baş məşqçisi vəzifəsini “Nyukasl”ın əfsanəvi futbolçularından sayılan Alan Şirer yerinə yetirəcək. Şirerin köməkçisinin isə Stüart Pirs olacağı bildirilir.

 

Qeyd edək ki. İngiltərə milli komandası 1/8 finalda Almaniyaya 1:4 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır