Millimiz Qazaxıstan yığmasının qapısından 9 qol keçirdi

XƏBƏR 13 İyul 2010 / 13:39 2124
-  A +

Çimərlik futbolu üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsinə yekun vurub. Qol.Az-ın məlumatına görə, İtaliyanın Bibiano şəhərində təşkil olunmuş yarış çərçivəsində millimiz bu gün üçüncü – sonuncu oyununu keçirib. Bakı vaxtı ilə saat 12:00-da start götürən oyunda millimizin rəqibi Qazaxıstan olub. İlk görüşdə Çexiyanı 5:4 hesabı ilə məğlub edib, ikinci oyununda Fransa millisinə 8:10 hesabıyla məğlub olan komandamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıydı. Emil Cabbarovun komandası bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarıb. Qazaxların qapısından 9 top keçirən millimiz öz qapısında cəmi 2 qol görüb.
Yığmamızın heyətində Elvin Quliyev 4, Hikmət Bağırov 3, Müslüm Hüseynov isə 2 qola imza atıb.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır