“Neftçi”nin rəsmi saytı: belçikalılar səhvlərini düzəltdilər...

“Neftçi”nin rəsmi saytı: belçikalılar səhvlərini düzəltdilər...
XƏBƏR 13 İyul 2010 / 12:56 2188
-  A +

"Genk" klubunun keçmiş futbolçusu Moussa Koitanın "Neftçi"də baxışda olması ilə bağlı Belçika mətbuatında dərc olunan yazılarda yanlışlığa yol verilmişdi və www.voetbalbelgie.be saytında yerləşdirilən məqalədə "Neftçi" Ermənistan təmsilçisi kimi təqdim olunmuşdu. Lakin Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı klub tərəfindən voetbalbelgie.be saytına və Belçika Futbol Federasiyasına məktub ünvanlandıqdan sonra sözügedəm nöqsan artıq aradan qaldırılıb. http://www.voetbalbelgie.be/nl/article.php?id=32613  internet səhifəsində "Neftçi"nin Azərbaycan klubu olduğu göstərilib.


Son xəbərlər
27.06.24  18:09

Abel Ruiz "Jirona"da