Bu gün avrokuboklardakı təmsilçilərimizdən daha biri – son ölkə çempionu “İnter” də qitə arenasında mübarizəyə start verəcək. Qol.Az-ın məlumatına görə, Avropa Liqasında mübarizəyə qoşulan və artıq bir mərhələ keçən “Qarabağ”, eləcə də ilk cəhdindən uğursuzluğa məruz qalıb, mübarizəni dayandıran “Xəzər Lənkəran”dan fərqli olaraq, Premyer Liqamızın qalibi daha nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında ilk sınağına çıxacaq.
Püşkatma nəticəsində özündən xeyli güclü Polşa təmsilçisi – “Lex”lə mübarizə aparmaq məcburiyyətində qalan paytaxt klubu ilk oyununu Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidir. Hansı ki, güclü Poznan təmsilçisiylə mübarizədə ilk oyunun evdə keçirilməsi də komandamız üçün müəyyən mənada üstünlük sayılmır. Məhz bu üzdən səfər oyununa daha rahat yollanmaq və işinin asan olması üçün “bankirlər” “Qarabağ” kimi rəqibinin işini doğma meydanda bitirməyə çalışmalıdır. Əks halda vaxtilə İntertoto kubokunda “Karvan”la, UEFA kubokunda isə “Xəzər-Lənkəran”la bütün oyunlarda qalib gəlib, asanlıqla növbəti mərhələyə adlayan “Lex”, klublarımızla mübarizədən üçüncü cəhdində də başıuca ayrılacaq. Maraq üçün onu da vurğulayaq ki, “Lex” kimi onun hazırkı baş məşqçisi Yatsek Jelinski də Azərbaycan təmsilçisi üzərində qələbə sevinci yaşamış mütəxəssisdir. O, 2007-ci ildə Polşanın digər təmsilçisi “Qrotslin”in sükanı arxasında UEFA kuboku çərçivəsində “MKT-Araz”ı mübarizədən kənarlaşdırmaq təcrübəsinə malikdir. Lakin təbii ki, həm “Lex”in, həm də onn baş məşqçisinin bu tarixi qələbələri quruca statistikadan başqa bir şey deyil və komandaların hazırkı durumu daha böyük önəm daşıyır.
Jelinskinin komandası vaxtilə “Xəzər Lənkəran”ı asanlıqla mübarizədən kənarlaşdırdığı qədər güclü və əzəmətli deyil. Hər halda son mövsüm başa çatan kimi Levandovski kimi aparıcı hücumçusunu Almaniya “Borussiya”sına (Dortmund) satan “Lex”də xeyli dəyişiklik baş verib. Elə Azərbaycan çempionu da heyətində xeyli dəyişiklik edib. 16 futbolçusunu yola salıb, əvəzində cəmi 9 oyunçu ilə güclənən “İnter”in də bu dəyişikliklərdən sonra necə təsir bağışlayacağı böyük maraqla gözlənilir. “Bankirlər”in sükanı arxasına elə bir il öncə avrokuboklar ərəfəsində gətirilən Kaxaber Sxadadzenin debütü o vaxt uğurlu alınmamışdı. Nəticədə Avropa Liqası çərçivəsində Trnava “Spartak”ına hər iki oyunda uduzan “İnter” mübarizədən kənar qalmışdı. Lakin sonradan bu komandaya ölkə çempionluğunu qazandıran Sxadadze indi əsl gücünü ÇL-də nümayiş etdirməlidir. Komandası yeni qurulsa da, hər halda, o özü formalaşdırıb və istənilən uğursuzluq bağışlanmaz hesab olunacaq.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi